14.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialı 15 iyun Milli Qurtuluş günü münasibətilə “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı onlayn tematik konfrans keçirdi. 19 saylı filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdi . Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Quliyeva Nurcahan , həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Ələkbərova, tarix müəlliməsi Vəfa Hacıyeva 15 iyun Milli Qurtuluş günü haqqında məlumat verdikdən sonra həmin məktəbin 7a sinif şagirdləri Aytac Cəfərova “Milli qurtuluş günü”, Amil Nəsibov “Heydər Əliyev və Azərbaycan”, Aygül Alnağıyeva “Heydər Əliyev dahi şəxsiyyətdir”, Əsgərova Tonya “Heydər Əliyevin həyatı haqqında”, Vaqif Hümbətov “İlham Əliyev və Azərbaycan”, Əli Qəribov “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, Tahir Hacızadə “Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər” adlı videoçarxlar təqdim edərək çıxışlar etdilər . Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova özünün yazmış olduğu “Milli Qurtuluş Günü”, “Xarı bülbül” şerlərini söylədi və 11b sinif şagirdi Fatimə İsmayılova türk dilində “Türkiyə-Azərbaycan dostluğu”, Gəncə şəhər M.Müşfiq adına 14 saylı orta məktəbin 10b sinif şagirdi Nihan Məhərrəmova ingilis dilində “Qarabağ Azərbaycandır”adlı maraqlı çıxışlar etdilər. Tədbirin sonunda Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin 7 a sinif şagirdi Aynur Quliyeva Qabil Ədalətin “Ulu bir sərkərdə, Ulu bir öndər” adlı və Gəncə şəhəri 26 saylı Lisey məktəbin 3 2-sinif şagirdi Nuray Məmmədova Nəriman Həsənzadənin “Azərbaycan” şerlərini söylədilər. |