07.02.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayonundakı Məşədiqaralar kənd Sənətkarlıq evində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 30 illiyi münasibəti ilə “Əfsanəvi Mübariz” adlı tədbir keçirilmişdir.
Tədbiri Məşədiqaralar kənd Sənətkarlıq evinin direktoru Rəsmiyyə Paşayevə açaraq Mübariz İbrahimovun əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini elan etdi.
Sonra o, Mübariz İbrahimovun qəhrəmanlığından, onun yüksək şəxsi rəşadət və şücaət göstərərək düşmənin çoxlu sayda canlı qüvvəsinin məhv etməsindən söhbət açdı.