Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nizaminin sehrli dünyası” adlı tədbir keçirilib

12.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı (onlayn şəkildə nümayiş olunması üçün nəzərdə tutulmuş) Samux rayon Heydər Əliyev Mərkəzinin tərkibində fəaliyyət göstərən "Könüllü teatr"ın üzvlərinin, Samux rayon Sərkar kənd uşaq musiqi məktəbinin, Samux rayon Mədəniyyət Mərkəzinin,Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin üzvlərinin birgə iştirakı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş "Nizaminin sehrli dünyası" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Nizami Gəncəvinin Azərbaycan şeir dünyasındakı fəth edilməz zirvədə dayanmasından, mənəvi cəhətdən zənginləşməyimizdə oynadığı əvəzolunmaz roldan danışdı. Rollarını ifa edəcək bütün iştirakçılara uğurlar arzuladı. Tədbirdə Samux rayon Sərkar kənd uşaq musiqi məktəbinin müəllimi İslam Əlizadənin Nizami Gəncəvinin "Gözüm aydın gözümə sürəti canan görünür" qəzəli əsasında "Səhrada Məcnunun gözünə Leylinin görünməsi" bədii kompozisiyası nümayiş olundu. Xəyali Leyli rolunu Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən "Samux inciləri" rəqs qrupunun müəllimi Aygün Məsimova canlandırdı.

Nizami Gəncəvinin "İsgəndərnamə" poemasından "İsgəndərin Nüşabə ilə görüşü ' səhnəsini İsgəndər rolunda Samux rayon Heydər Əliyev Mərkəzinin"Könüllü teatr"in üzvləri Samux rayon Qarabağlar kənd tam orta məktəbin 9- cu sinif şagirdi Xəlilzadə Emil, İsgəndərin silahdaşı rolunda Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin şagirdi Mustafayev Nihat, Nüşabə rolunda Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin şagirdi Hüseynova Lalə, Nüşabənin silahdaşı, saray gözəli Samux rayon İnstitut qəsəbə tam orta məktəbin şagirdi Məsimova Fatimə ifa etdilər.

"Sultan Səncər və qarı" səhnəsində qarı rolunda Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin şagirdi Rzayeva Həcər, Sultan Səncər rolunda Samux rayon İnstitut qəsəbə tam orta məktəbin şagirdi Namazov Rəvan, Sirlər xəzinəsi poemasından "Yeddi gözəl " səhnəsində Hind gözəli Samux şəhər 2 saylı tam orta məktəbin şagirdi Abbasova Ruhanə, Rum gözəli Samux rayon İnstitut qəsəbə tam orta məktəbin şagirdi Abbasova Nurcan, Türk gözəli Samux rayon İnstitut qəsəbə tam orta məktəbin şagirdi Məsimova Fatimə, Çin gözəli Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin şagirdi Bayramova Ləman, slavyan gözəli Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin şagirdi Rzayeva Nəzrin, Ərəb gözəli Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin şagirdi Hüseynova Lalə, iran gözəli Samux şəhər M.Ə.Sabir adına məktəb liseyin şagirdi Namazova Nuray, İsgəndərnamə poemasından "Filosofların nəsihəti"ndə filosofları Samux rayon İnstitut qəsəbə tam orta məktəbin şagirdləri Məmmədov Nail, Məmmədov Loğman, Abbasov Elcan canlandırdılar.

Samux rayon Mədəniyyət Mərkəzinin Samux rayon Çobanabdallı kənd mədəniyyət evinin işçisi Asif Məmmədov "Nizami nuru" ndan danışdı. Sonda Samux rayon İnstitut qəsəbə tam orta məktəbin şagirdi Məsimova Fatimə kanon alətində sözləri Nizami Gəncəvinin musiqisi Üzeyir Hacıbəyliyə məxsus "Sevgili canan" əsərini ifa etdi. Tədbirin aparıcıları: Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin şagirdləri Rzayeva Nəzrin, Bayramova Leyla.

Tədbirin geyimlərinin hazırlanmasında heç bir köməyini bizdən əsirgəməyən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin müəllimi Xəyalə Namazovaya Samux rayon Heydər Əliyev Mərkəzi adından dərin təşəkkürümüzü bildiririk.