07.02.2018
Goranboy rayon Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsi tərəfindən rayon Mədəniyyət Mərkəzində görkəmli Azərbaycanın maarifçisi, pedaqoq, ədəbiyyatşunas, publisist Firudun bəy Köçərlinin anadan olmasının 155 illik yubileyi münasibəti ilə “Azərbaycan folklorunun vurğunu” adlı əyləncəli tədbir keçirilmişdir. Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova tədbiri açıq elan etdi, tədbir haqqında iştirakçıları məlumatlandırdı və səhnəyə aparıcı məktəbliləri dəvət etdi.
Tədbirdə F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Sonra məktəblilərin böyük şəxsiyyətlərin F.Köçərli haqqında söylədikləri fikirlər səsləndirildi.
Milli paltar geyinmiş uşaqlar Azərbaycan folklorlardan nümunələr göstərdilər. Tədbirdə “Oğluma nəsiət” adlı şeir səhnəcik formasında iştirakçılara təqdim olundu. Məktəblilərin “Tıq-tıq xanım” nağıl səhnəciyi də tədbir iştirakçılarına təqdim etdilər.
Tədbirin sonunda uşaqlar F.Köçərlinin “Balalara hədiyyə” kitabından öyrəndikləri şeirlər söylədilər rəqs edərək mahnı oxudular.