10.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü ilə regional idarənin aparat işçiləri Gəncə şəhərindəki Fəxri xiyabana gələrək Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının məzarlarını ziyarət etmiş, onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək məzarlarının üzərinə təzə-tər qərənfillər düzmüşlər.
“Şəhidlər ölməz, vətən bölünməz!” Allah bütün şəhidlərimizə rəhmət eləsin!