09.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, gənc könüllülər və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya "Yox" deyək!" adlı dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi işçisi Şəbnəm Əliyeva qeyd etdi ki, narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir.
Sonra Leyla Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Nicat Əliyev narkomaniyanın yaranma və xilas olma səbəbləri haqqında ətraflı məlumat vermişdir.