08.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanın Uşaq şöbəsi "Nağıllar mənəvi sərvətimizdir"başlığı altında onlayn söhbət keçirtdi.Tədbiri şöbənin kitabxanaçısı Nərmin Qasımova açaraq qeyd etdi ki, Azərbaycan şifahi xalq yaradıcılığının bir qolu olan nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji, estetik tərbiyyəsində çox böyük rolu var.Bildirdi ki, nağıllar bütün dünya uşaqlarının ana laylasından sonra birinci kitabıdır. Bu kitablarda hər bir uşağın kövrək dünyasına xeyirli və şərli, ağıllı, müdrik və cəsarətli möcüzələrlə dolu olan bir aləm açılır. Daha sonra uşaqlar "Çırtdanın kələyi" ,"L. və Z.Quliyevlərin Xartut" nağılını böyük maraqla dinlədilər.Tədbiri keçirtməkdə məqsədimiz uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini artırmaqdır.Sonda uşaqların sualları ətraflı şəkildə cavablandırıldı.