Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Saz dünyası, Söz zirvəsi” adlı onlayn ədəbi-bədii gecə keçirildi

08.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutan sənətkarlardan biri Aşıq Ələsgərin anadan olmasının 200-illik yubileyi ilə əlaqədar olaraq “Saz dünyası, Söz zirvəsi” adlı  onlayn ədəbi-bədii gecə keçirdi. 19 saylı filialının müdiri  Elza  Əliyeva tədbiri  açıq elan etdi. Kəlbəcər rayon 98 saylı tam orta məktəbin X sinif şagirdi Tofiq Vüqar oğlu Hüseynzadə sazda “Ruhani” havasını  ifa edərək tədbirin açılışına xüsusi rəng qatdı. 8 Mart Ümumi orta məktəbin Azərbaycan dili ədəbiyyat müəlliməsi Validə Hüseynova “Dədə Ələsgərin həyat və yaradıcılıqı” mövzusunda çıxış etdi. 8 Mart Ümumi orta məktəbin V sinif şagirdi Sadiq Hüseynzasdə “Dəyirmançı Aşıq” dastanından bir parça söylədi. 8 Mart Ümumi orta məktəbin VIII sinif şagirdi Səadət Hüseynzadə Aşıq Ələsgərin “Olmaz”, Gülçin Hüseynova “Görmədim”, Nuray Məmmədova “Bu dünyada üç şey başa bəladır”,Qəşəmli İnci “Dağlar”, Qəşəmli Nuran “Yaylaq”, Qəşəmli Gülçin “Gərəkdi”,  Qəşəmli Mehri “Çəkmiyə” şerlərini söylədilər. Qəşəmli Nuray “Dağlar” şerini  hazırlamış olduğu videoçarx vasitəsilə söylədi. Tofiq Hüseynzadə sazda “Kərəmi gözəlləməsi”, Dubeyti havası”, “Yanıq Kərəmi”, “Osmanlı divanəsi” havalarını məharətlə ifa etdi. Tədbir iştirakçılarda xoş təəssürat yaratdı.