Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Biz və ətraf mühit” başlıqlı onlayn tədbir keçirildi

04.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Cəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı   5 iyun Ətraf Mühitin Mühafizəsi gününə aid "Biz  və ətraf mühit" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri kitabxana filiaının müdiri Rahilə Qasımova açaraq hamını salamladı və 5 iyun Ətraf Mühitin Mühafizəsi gününün hansı zəruriyyətdən yaradılması haqqında məlumat verdi və qeyd etdi ki, 1972-ci ildən etibarən 5 iyun bütün  dünyada təntənəli şəkildə qeyd edilir. Tədbir oxucuları maarifləndirmək məqsədi ilə təşkil edilmişdir. Bu məqsədlə tədbirə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  ətraf mühit üzrə məsləhətçi Zinyət Qurbanova dəvət edilmişdir. Tədbirdə Zinyət Qurbanova Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin qanunları, ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərindən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanmasından danışdı. Tədbirdə söylənildi ki, təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanın müqəddəs borcu, vəzifəzidir.  Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir. Tədbirdə bir  yunan əfsanəsindən söhbət açıldı ki,  hər bir cavan oğlan evlənməzdən əvvəl yeddi ting basdırarmış.  Yaxşı olardı ki, bizdə də Vətən uğrunda canını qurban vermiş  şəhidlərimizin  xatirəsini əbədiləşdirmək  üçün gənclərimizin hər biri uzun ömürlü ağac əksinlər və bu bir ənənə halına  çevrilsin. Çünki işğal  zamanı düşmən təbii sərvətlərimizi, meşələrimizi talan edib məhv etmişlər.  Biz də bir  vətənpərvər vətəndaş olaraq təbiətimizi sevsək, onu yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcək. Sonda Zinyət Qurbanova tədbir iştirakçılarının maraqlı suallarını cavablandırdı və ölkəmizdə hər  il ağacəkmə aksiyasının keçirilməsindən, zibillənmiş təbiət ərazilərinin təmizlənməsində gənclərin  göstərdiyi fəallığı da qeyd etdi.