Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ətraf Mühitin Mühafizəsi Günü ilə əlqədar onlayn kitab xülasəsi keçirildi

05.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Ətraf Mühitin Mühafizəsi Günü ilə əlqədar E.Seton-Tompson “Heyvanlar haqqında hekayələr”, “Mənim ilk ensiklopediyam heyvanlar”, “Heyvanlar aləminin ensiklopediyası”, “Ətraf aləm”, ”Ana təbiət” kitablarından ibarət onlayn kitab xülasəsi keçirtdi.
 Tədbiri şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq bildirdi ki, XIX əsrin sonlarından başlayan elmi texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Bununlada Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuş, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi məqsədi ilə, iştirakçılar tərəfindən 05 iyunun «Ümumdünya ətraf mühit günü» kimi qeyd olunmasına qərar verilmiş və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdı.
Çünki, bizi əhatə edən canlı aləm, bitkilər, heyvanlar, su, hava, günəş, səma təbiətin bir hissəsidir. Bunlarsız həyat olmadığı kimi, bu nemətlərin zərər görməsi də bir çox problemlərə-təbiətdə balansın pozulmasına, ətraf mühitin korlanmasına və təbii ki, insanların və digər canlıların  da həyatında xəstəliklərə, narahatlıqlara yol açır. Biz də təbiətin bir parçasıyıq. İnsan təbiətin, ətraf mühitin qayğısına qalmalıdır ki, ətraf aləm də insanın qayğısına qala bilsin.  Çünki insan sağlamlığının başlıca amili ekoloji mühitin təmizliyidir. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq. Sonra o, kitabxananın fondunda olan təbiət mövzusunda bir neçə kitabı xülasə etdi.