04.06.2021
Elvin Fəxrəddin oğlu Mustafayev 1992-ci ildə Gəncə şəhərində anadan olub.Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Elvin Mustafayev müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub. Onun 3 övladı var . Elvin Mustafayevin əmisi də birinci Qarabağ döyüşlərində, Ağdamda şəhid olub.
Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədov və məsləhətçi Tacir Qurbanov iştirak etmişlər.
Allah rəhmət eləsin!