Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uşaqlara şiddətə yox deyək” adlı videokonfrans keçirildi.

04.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxuculara xidmət şöbəsinin abonement bölməsi 4 iyun Aqressiyaya məruz qalmış uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Uşaqlara şiddətə yox deyək" mövzusunda videokonfrans keçirmişdir.

Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Əliyev Süleyman , Samux rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası"nın məsul katibi Rüstəmova Tutu, Samux rayon Polis şöbəsi "Yetkinlik yaşına çatmayanlarla iş şöbəsi"nin müstəntiqi Verdiyev İlqar ,Samux rayon Sərhəddin Əliyev adına 2 saylı tam orta məktəbin psixoloqu Əliyeva Aygün ,MKS -nin Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Əliyeva Vüsalə ,2020ci -il Gəncə terroru nəticəsində üzündən zədə almış Gəncə şəhəri Puşkin adına 9 saylı tam orta məktəbin 5 b sinif şagirdi Əliyev Turqay, Samux rayon M.Ə.Sabir adına 1 saylı məktəb liseyin 5 ci sinif şagirdləri, Samux rayon Sərhəddin Əliyev adına tam orta məktəbin 2 ci və 4cu sinif şagirdləri və digərləri iştirak etmişdir.Tədbiri giriş sözuylə açan Nəsibova Telli 4 iyun Aqressiyaya məruz qalmış uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar məlumat vermiş. O, çıxışındaBMT-nin Baş Assambleyası 1982-ci il 4 iyun tarixini Aqressiyaya

Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü (International Day of Innocent Children Victims of Aggres- sion) kimi qeyd etməyi qərara almışdır.Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis etmişdir. Bu günün əsas məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir.Çox təəssüf ki, bu gün də dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar odsaçan silahların qurbanlarına çevrilməkdədirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan elə bölgə və kəndlərimiz olmadı ki, orada ilk şəhidlərimiz körpələr olmasın.

Kəlbəcərin 8 məktəbyaşlı oğlan uşağının da 20 iyul 1989-cu il tarixdə qismətinə ilk şəhidlik payı düşdü. Ermənilərin qətlə yetirdiyi - Sahil

Məmmədov (10 yaş), Razim Salma- nov (8 yaş), Anar Valehov (7 yaş),

Cahid İbişov (10 yaş), Səxavət Abba- sov (14 yaş), Natiq Əsgərov (14 yaş),

Bəxtiyar Xəlilov (11 yaş) və Azər Oru- cov (7 yaş) .

1992-ci ilin qışı Qarabağa, onun başıbəlalı Xocalısına qarlı-boranlı, qanlı-qadalı gəlmişdi. Xocalıdan gecə ikən qaçmağa çalışanların arasında uşaqlar da az deyildi. 2017-ci ilin iyul ayının 4-də Dağlıq Qarabağ probleminin özü ilə gətirdiyi qətliam, soyqırımı faktlarının daha bir səhifəsi də açıldı. Uşaq qatilləri kimi tanınan daşnak erməni vandalları bu dəfə Füzuli rayonunun Alxanlı kəndini hədəf seçərək orada dinc sakinləri iri- çaplı pulemyotlardan atəşə tutdular. 14 aylıq körpə öldürüldü. Zəhra Quliyeva erməni silahlı qüvvələri tərəfindən nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirildi. Son 10 ildə müharibə zonalarında 2 milyona yaxın uşaq qətlə yetirilib,4 milyon isə şikəstə çevrilib. Dünyanın 70-dən çox ölkəsində aşkar edilən 60 milyondan artıq minanın da əsas qurbanları məhz uşaq və yeniyetmələrdir. Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsində 300 mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır şəraitdə yaşamağa məcbur olmuşdur. Minlərlə uşaq isə ya ata-anasının hər ikisini, yaxud da valideynlərindən birini itirmişdir. Münaqişə dövründə 200-ə yaxın azərbaycanlı uşaq ermənilər tərəfin­ dən qətlə yetirilmiş, 71 uşaq itkin düş­ müş, 29 azyaşlı hələ də girov götürül­ müşdür. Ermənistan silahlı birləşmələri tərəfin­ dən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi zamanı isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə yetirilmiş, 146 uşaq yetim qalmışdır. 27 sentyabr tarixində başlayan və ölkəmizin qələbəsi ilə bitən Vətən

Müharibəsi zamanı mülki əhaliyə qarşı yönələn erməni terroru nəticəsində 12 uşaq qətlə yetirilmiş, 50 uşaq yaralanmışdır deyə qeyd etmişdir. Həsənova Nuranə erməni terrormularının törətdikləri terror aktlarından bəhs etdi. Əliyev Turqay Gəncə terroru zamanı keçirtdyi hissləri , üzündən aldığı zədə və terrorun onun psixologiyasına nece təsir etdiyi haqqında danışdı.Əliyeva Aygün Aqressiyaya məruz qalmış uşaqlara necə köməklik göstərmək olar, muharibənin usaqların psixologiyasına necə təsir etdiyi haqqında ətraflı məlumat verdi. Əliyev Süleyman Uşaqların hüquqlarını qorunması haqqında qəbul olumuş qərarlardan ,Atayi Agca Uşaqlara təhsil müəssisələrində öz hüquqlarının qorunması haqqında verilən məlumatlardan danışdı.Mövzu ətrafında bütün tədbir iştirakçıları cıxış etdilər .Sonda Aqressiya qurbanı olan uşaqlar haqqında hazırlanmış videoçarx nümayiş olundu.