04.06.2021
Orxan Yusubov 1992-ci ildə Gəncə şəhərind anadan olub. O, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Orxan Yusubov 8 aydır itkin düşmüşdür.
Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Yusubovun nəşi Gəncə şəhərinə gətirilib.
Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədov və məsləhətçi Tacir Qurbanov iştirak etmişlər.
Allah rəhmət eləsin!