Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Regional Mədəniyyət İdarəsində təqdimat keçirilib

04.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin F.Əmirov adına Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano sinfinin şagirdləri 2021-ci ilin aprel ayının 30-dan may ayının 7-dək Qazaxıstan və Macarıstan Respublikalarının təşkilatçılığı ilə onlayn formada keçirilmiş pianoçuların “Vengerskoe rapsodiya” (“Macarıstan rapsodiyası”) adlı I Beynəlxalq müsabiqəsində uğur qazanıblar.

Məktəbin fortepiano sinfinin IV sinif şagirdi Vəliyev Arslan Elman oğlu müsabiqənin “Qran Pri” mükafatına layiq görülmüş, VII sinif şagirdi Cavadzadə Səkinə Akif qızı isə müsabiqədə I yerin laureatı olmuşdur.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Beynəlxalq müsabiqənin mükafatını və “Fəxri fərmanı” şagirdlərə təqdim etmiş onlara daha böyük uğurlar qazanmağı arzulamışdır.

Təbrik edirik.