03.06.2021
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2021-ci ilin”Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar olaraq, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi silsilə tədbirlərin davamı olaraq 02 iyun 2021- ci il tarixdə “Nizami Gəncəvi dünya ədəbiyyatında “ adlı Beynəlxalq elmi praktiki konfrans keçirildi. Konfransda Orta Asiya respublikaları, Tacikistan, Gürcüstan, Türkiyə, Əfqanistan , Tatarıstan MR respublikaları, AMEA Nizami adına Ədəbiyyat institutu, AMEA Gəncə filialı, GDU və Nizamişünaslar, Nizami Gəncəvi yaradıcılığı ilə məşğul olanı alimlər iştirak edirdi.
Konfransı giriş sözü ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Fəridə Qədimova acdı. Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, şair-publisist, Əməkdar Mədəniyyət İşçisi Bəxtiyar Muradov tədbir iştirakçılarını salamlayaraq, uğurlar dilədi.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti , akademik, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi İsa Həbibbəyli “Nizami Gəncəvi ili”lə bağlı görülən işlərdən, Nizami irsinin öyrənilməsinə həsr olunmuş kitablardan danışdı. Qeyd elədiki bu işlər tək yubiley ilində deyil, bütün dövrlərdə davam etdiriləcək.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Zəhra Allahverdiyeva "Nizami Gəncəvi öz müasirləri haqqında", Filologiya elmləri doktoru, professor, T.C. Adıyaman Dövlət Universiteti,Fən ədəbiyyat fakultəsi, Türk dili və ədəbiyyatı bölüm başqanı(Türkiyə) Şehrabanu Allahverdi “Azərbaycan şairi Nizami Gəncəvinin dünyaya baxışı”, Filologiya elmləri doktoru, Səmərqənd Xarici Dillər Universitetinin professoru Dilorom Salahi (Özbəkistan )“Şeyx Nizami Gəncəvinin sufiyanə dünyagörüşünün təhlilləri haqqında"NENKECAN" Krımtatar qadın dərgisinin baş redaktoru, tədqiqatçı - yazar”, Zera Bekirova, (Simferapol) “A. Krımskinin Nizami haqqında monoqrafiyasının aktuallığı”,Doç.dr., Əl-Farabi Kazak Milli Universiteti, filoloji fakultəsinin dosenti,dr. Bakytgul Kulzhanova (Kazaxıstan, Almaty) "Nizami Gəncəvinin "Xosrov və Sirin"dastanı dilindəki kıpçak elementləri Sədrəddin Ayni adına Tacikistan Dövlət Universiteti ədəbiyyat nəzəriyyəsi və tarixi kafedrasının professoru, tacik ədəbiyyatı fakültəsinin dekanı, filologiya elmləri doktoru Руhшaнə Восиев Курбaновна (Tacikistan) -“Nizami Gəncəvinin "İskəndərnamə" poeması - İskəndər haqqında dastanın yeni bir mərhələsi kimi”,Tarix elmləri namizədi , dosent , Gəncə Dövlət Universiteti Elm və İnnovasiyalar üzrə prorektoru , millət vəkili Pərvin Kərimzadə, filologiya üzrə fəlsəfə doktoru, İvane Javakhishvili Tiflis Devlet Üniversitesi, Türkoloji Bölümü (Gürcüstan, Tiflis)Mzisa Buskivadze " Nizami Gəncəvi gürcü ədəbiyatında", Axborot " ijtimoiy siyosiy gazetasi , filoloji fanlar nomizadi , (Qırğızıstan, Oş ) Hasiyat Bekmirzaeva “Əlişir Nəvai : Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi”, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin baş mütəxəssisi , Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov“ Nizami Gəncəvinin şəcərə tarixi”,Pedaqoqika üzrə fəlsəfə doktoru, dosent, Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin dekan , Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, alim – şair Bayram Apoyev “ Nizami Gəncəvi əsərlərində türk mənşəli etnotoponimlər”,Öзbəкistan və Qarakalpak Yazıçılar Birliyinin üzvü, şair-jurnalist Ölməzbey Xocayev(Xarəzm) “Nizami Gəncəvinin “İskəndərnamə” poemasındakı nəsihətlər “(Şərəfnamə əsasında) ,Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, "Mədəniyyət" jurnalının baş redaktoru Zöhrə Əliyeva “ Xəmsə ” silsiləsi Şərq renesansının ortaq dəyərlər xəzinəsi kimi”, Gənc tədqiqatçı, Herat şəhərindəki Mərvi (azərbaycanlılar) icması gənclər şöbəsinin rəhbəri Fərid Şabanpur (Əfqanıstan, Herat ) “Azərbaycan şairi Nizami Gəncəvini Əfqanıstanda necə öyrənirik", Filologiya elmləri doktoru, yazıçı-publisist, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri Almaz Ülvi Binnətova ” Nizami və Nəvai” , Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlova "Nizami və Gəncə", AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova , Filologiya üzrə fəlsəfə doktoru, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi , böyük elmi işçi Əlimuxtar Muxtarov” Nizami Gəncəvi şərq və qərb mütəfəkkirlərinin gözü ilə” mövzusunda çıxış etdilər.Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru uğurla keçən tədbir üçün konfrans iştirakçılarını təbrik etdi, təşkilatçılara təşəkkür etdi.
Tədbirin təşkilatçısı və aparıcısı direktor müavini Fəridə Qədimova bütün iştirakşılara, tədbirin ərsəyə gəlməsində ona yaxından kömək edən Almaz xanım Ülviyə, İnformasiya Texnologiyalar işlərini düzənləyən Nərmin Quliyevaya minnətdarlığını bildirdi və qeyd etdi ki belə tədbirlər mütəmadi davam etdiriləcək!