Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Siz Güləndə Dünya gülür” adlı onlayn səhərcik keçirildi

01.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı  “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə 01.06.2021-ci il tarixində “Siz Güləndə Dünya gülür” adlı onlayn səhərcik  keçirdi. 19 saylı filialının müdiri  Elza  Əliyeva1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə  uşaqları  təbrik edərək  tədbiri  açıq elan etdi. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününün yaranması  haqqında  Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Nurcahan Quliyeva,  tarix müəlliməsi Vəfa Hacıyeva çıxış edərək  fidan balaları  bayram münasibətilə təbrik etdilər. Həmin məktəbin 7a sinif şagirdləri Kamil Qaraisayev  “Uşaqlar Gələcəyimizdir”, Aygül Alnağıyeva”Ümummilli Lider Heydər Əliyevin  uşaqlara qayğısı”, Aytac Cəfərova ”2 Qarabağ  Vətən müharibəsi və Gəncə terrorunda həyatını itirən uşaqlar”, Tahir Hacızadə “14 yaşlı şəhid Artur Mayakov haqqında”, Əsgərova Tonya, Nərmin Zeynalova, Vəliyeva Nərmin “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü üçün təbriklər”adlı videoçarxlar nümayiş etdirərək çıxışlar etdilər. 7a sinif şagirdi Amil Nəsibov ”Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısı “ haqqında video çarx təqdim edərək çıxış etdi. 14 saylı orta məktəbin 10b sinif şagirdi   Aygün Nəcəfova “Uşaqlar arasında irqi ayrı seçkilik” haqqında  məlumat verdi.  Azərbaycan dili ədəbiyyat müəlliməsi Validə Hüseynova “Uşaqlar sabahın ümididir” mövzusunda çıxış etdi.  “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə Nuray Məmmədova “Kukla ”,Qəşəmli İnci “Sərçə”, Xanov İsmayıl “Xoruz”, Qəşəmli Nuran “Babamın şerləri”, Qəşəmli Gülçin, Qəşəmli Nuray, Qəşəmli Mehri    mahnı və şerlər söylədilər.

.