Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ömrümüzün sevinc payı-uşaqlar” adlı zoom proqramı vasitəsilə onlayn səhərcik keçirildi

01.06.2021

Gəncə Regional mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzəşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 01.06.21-ci il tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Ömrümüzün sevinc payı-uşaqlar” adlı zoom proqramı vasitəsilə onlayn səhərcik keçirtdi. Tədbiri giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq uşaqları bayram münasibətilə təbrik edərək, bu günün tarixi haqqında məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.Tədbirdə iştirak edən 26, 32 və 6№-li məktəbin müəllimləridə öz çıxışlarında cəmiyyətin həssas və kövrək üzvü olan uşaqları bayram münasibəti ilə təbrik etdilər, onlara sağlam və uzun ömür, şən həyat, xoşbəxt və firəvan gələcək, hər birinə gələcək həyatlarında uğurlar əldə edib güclü Azərbaycan dövlətinə layiqli şəxsiyyət olmağı arzu etdilər.Daha sonra məktəblilər Azərbaycana, sülhə  vətənə, uşaqlara aid şeirlər söylədilər. Musiqisi Hökumə Nəcəfovaya, sözləri Xanmana Əlibəyliyə məxsus “Günəş olaram mən də” mahnısını, İlyas Tapdığın və Oqtay Hüseynlinin “Bayrağım” hükayəsindən hazırlanmış səhnəcik təqdim etdilər. Tədbir xoş əhval –ruhiyyə ilə sona çatdı.