06.02.2018
13. 01.18 - ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında “ Adları tarixə yazılan oğullar ” adlı şeir saatı keçirildi. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş 8 nəfər Gəncənin Milli Qəhrəmanına həsr edilmişdi. Əvvəlcə onların timsalında bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı böyük kitabxanaçı Könül Mirxudayeva qeyd etdi ki, tarixin hər dönəmində gəncəlilər hünərlə , qeyrətlə öz sözlərini deyiblər , həmişə öndə gediblər, döyüş meydanında şəhid olublar. Sonra kitabxanaçı 8 Milli Qəhrəmanın – Ənvər Arazov, Elbrus Allahverdiyev , İlham Əliyev , Rəfail Əsədov , Şahlar Hüseynov , Adil Məmmədov , İqor Makeyev və Pərviz Səmədovun gənclərimizə örnək olan həyat və döyüş yolundan bəhs etdi. Kitabxananın fəalları vətən , vətənpərvərlik , qəhrəmanlıq mövzusunda yazılmış şeirlərlə çıxış etdilər. Tədbirdə iştirak edən 39 № li məktəbin ədəbiyyat müəllimi Minayət Məmmədova tədbirin əhəmiyyətindən bəhs edərək milli qəhrəmanlarımızın həyat və döyüş yolunun gənclərə örnək olmasını və onların xatirəsinin daim ürəklərdə yaşayacağını bildirdi.