01.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 01.06.2021-ci il tarixdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Dünyamızın, həyatımızın mənası uşaqlar" başlıqlı onlayn görüş keçirdi.
Görüşü kitabxana filialının müdiri Rahilə Qasımova açaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqları təbrik etdi və bu günün yaranması haqqında ətraflı məlumat verdi.
Tədbirdə Təhsil Respublika İdman Mərkəzi Gəncə şəhər 2 saylı Uşaq Gənclər İdman Şahmat məktəbinin bir qrup məşqiçi müəllimləri dama üzrə baş məşqiçi Gülşən Abdullayeva, respublika dərəcəli hakim Ləman Quliyeva, Təranə Qənbərova, əməkdar məşqiçi Lalə Budaqlı, Aytən Bayramova, Yeganə Əkbərova, respublika turnirlərində I, II, III yerləri tutan və "20 yanvar şəhidləri"nə, Novruz bayramına, "Nizamı Gəncəvi-880", Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 il dönümünə həsr edilmiş şahmat, dama yarışlarında yaşıdları arasında birinciliklər əldə edən ikiqat dünya çempionu Leyla Budaqova, Muraz Kərimli, Sadiq Məhərrəmli, Aydın Nəsirov, Aysel Nəsirova, Pərvanə İsgəndərova, Aynur Rzayeva, Aysu İsgəndərova, Əlimehdi Hüseynov, Əli Həsənzadə, Fərhad Əliyev həmçinin dama yarışlarındakı birinciliklərindən əlavə kinboksda birincilik əldə edən Zahir və Rahil Rzayevlər, kitabxananın əməkdaşları və digər oxucular iştirak etdilər.
Tədbir iştirakçıları, 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva uşaqları bu gün münasibəti ilə təbrik etdilər onlara müstəqil Azərbaycanda aydın səma, firəvan həyat, qayğısız və mənalı uşaqlıq illəri, yarışlarda bol-bol uğurlar arzuladılar. Çünki bu uşaqların uğurları Azərbaycanın uğurlarıdır söylədilər.
Tədbirdə həmçinin bütün şəhid ailələrinin uşaqlarını təbrik etdilər. Tədbir Ümummilli lider Heydər Əliyevin bu müdrik kələmları ilə başa çatdı: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır"