01.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi, Qarayeri qəsəbə kitabxana filialı və Qarayeri qəsəbə 1 saylı körpələr evi, uşaq bağçasının 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Uşaqların nağıl dünyası” adlı birgə təşkil etdiyi onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova açıq elan etdi və təbrik üçün sözü Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənovaya verdi. Nuranə Həsənova şəhid və qazi övladlarının timsalında bütün körpələri təbrik etdi, Samux rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri Venera Məmmədova öz çıxışında 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi gününün qeyd olunmasının qərara alınmasından danışdı.
Qarayeri qəsəbə 1 saylı körpələr evi, uşaq baxçasının direktoru Mahirə Məmmədovaya söz verildi, o da öz çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqları təbrik etdi.