01.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində 01 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Goranboy şəhər 2 saylı tam orta məktəbin şagirdləri Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış oldular.
Sonra Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin rəsm müəlliməsi Zəhra Şirinovanın hazırladığı şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.