01.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər Uşaq Musiqi Məktəbində “Uşaqların Beynəlxalq Müdafiəsi günü” adlı tədbir keçirilmişdir.
Ilk öncə məktəbin direktoru Almaz Əliyeva çıxış edərək bütün uşaqları bayram münasibətilə təbrik etdi.
Daha sonra məktəbin müxtəlif ixtisaslar üzrə şagirdlərinin, qarmonçalanlar ansamblının, xor qruplarının ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, aşıq havaları, xalq mahnıları və rəqsləri dinlənildi.