01.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı onlayn tədbir keçrildi.
Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, valideynlər, məktəbli uşaqlar iştirak edirdilər.
Tədbiri uşaq şöbəsinin müdiri Günel Qasımova açaraq uşaqları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etdi, onlara xoşbəxt uşaqlıq illəri arzuladı.
Tədbirdə Kəlbəcər rayon 9 saylı tam orta məktəbin müəllimi Yasəmən Mamedova, Goranboy rayon Ənvər Fərəcov adına Sarov kənd tam orta məktəbin direktoru Afət Quliyeva, Metodika və Biblioqrafiya şöbəsinin müdiri Gülnarə Mamedova, Oxu zalının müdiri Mehriban Həbubullayeva çıxış edərək bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə uşaqlara dövlət qayğısının əhəmiyyətli bir işə çevirməsindən, uşaqlara qayğıdan, cəmiyyət üçün layiqli, faydalı insan kimi böyüməsindən, onların hərtərəfli inkişafı üçün Prezident cənab İlham Əliyev tərəfindən mühüm qərar və sərəncamların verilməsindən danışdılar.
Tədbirdə Uşaq İncəsənət Məktəbinin 5-ci sinif şagirdləri Verdiyev Mürsəl tarda, J.Brahmsın “Macar rəqsini”, Şükürlü Əhməd sazda “Qoca qartal” mahnısını ifa etdilər. Nigar Abdullayeva, Aynur Kərimli, Məhəmməd Kərimli Azərbaycanın Milli rəqsləri olan “Nəlbəki”, “Uzun dərə” rəqslərini təqdim etdilər.
Məktəbli uşaqlardan Nahidə İsmayılzadə, Leyla Mamedova, Nihat İsgəndərli, Sunay Əmrəslanova, Ülkər Əsgərzadə “Azərbaycan”a, “Vətən”ə, “Bayrağ”a aid şeirlər söylədilər.
Tədbirin sonunda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva uşaqları təbrik edərək, onlara səmimi arzularını bildirdi.