06.02.2018
Gəncə şəhər MKS-nin Hacıkənd qəsəbəsində yerləşən 17 saylı kitabxana filialı qəsəbədə
yaşayan, kitabxanaya gələ bilməyən fiziki qüsurlu insanlara vaxtaşırı olaraq
kitabxana xidməti göstərir. 05 yanvar 2018-cı il tarixdə 17 saylı filialın işçiləri
fiziki qüsurlu olan Firuzə Babayevanın ailəsində olmuş, onun üçün xüsusi
maraq kəsb edən bir sıra kitablar aparmışdır. Qeyd edək ki, Firuzə rus dilində
olan kitablara daha çox maraq göstərdiyinə görə kitabxanaçı ona “Русские
народные сказки” , А.С.Пушкин “Сказка о рыбаке и рыбке” nağıllarını
oxudu. Firuzənin özü və ailəsi göstərilən bu xidmətdən razı qaldıqlarını
bildirmiş, kitabxanaçılara öz təşəkkürünü bildirmişdir.