01.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram tədbiri keçirildi.
Tədbiri məktəbin direktoru İntizar Qafarova açaraq iştirakçıları təbrik etdi.
Sonra məktəbin vokal müəllimi, Respublikanın Əməkdar artisti Kəmalə Tağızadənin rəhbərliyi ilə şagirdlərin və müəllimlərin iştirakı ilə hazırlanmış konsert proqramı təqdim edildi.
Konsert Azərbaycan bəstəkarı Qənbər Hüseynlinin məşhur “Cücələrim” mahnısı ilə başladı.
Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları ifa olundu. Vətəni, sülhü, Azərbaycan əsgərini, Azərbaycan bayrağını, Qələbəni vəsf edən mahnılar bütün iştirakçılar tərəfindən maraqla qarşılandı.
Tədbir sözləri Əhməd Cavadın, musiqi Emin Sabit oğlunun olan “Can Azərbaycan” mahnısı ilə başa çatdı.