01.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Bir ovuc təbəssüm, bir dünya işıq" adlı səhərcik təşkil etdi.Tədbiri böyük kitabxanaçı Günel Əliyeva açaraq, gələcəyimiz olan uşaqları bayram münasibətilə təbrik etdi və bu günün tarixi haqqında məlumat verdi.Bildirdi ki, 1950-ci ildə BMT-nin Baş Assambleyasının təşkil etdiyi "Qadınların Beynəlxalq Konfrans"da 1 İyun Uşaqların Beynəlxaq Müdafiəsi Gününün təsis olunması qərarı verilib.Bu gün bütün dünyada qeyd olunduğu kimi, Azərbaycanda da geniş qeyd olunur.Dövlətimizin uşaqlara göstərdiyi qayğı bunun bariz nümunəsidir.Hər bir dövlətin qarşısında böyük öhdəlik var ki, gələcəyimiz olan uşaqları sağlam, savadlı şəkildə hazırlayıb gələcəyini sağlam şəkildə qursun.
Tədbirin davamında iştirakçıların ifasında vətənə,anaya, uşaqlara aid şeirlər və musiqilər, səhnəcik səsləndirildi. Tədbirə kitabxananın fəal oxucuları ilə yanaşı müxtəlif məktəblərin şagirdləri də qoşulmuşdur.
Sonda Gəncə Dövlət Kukla Teatrının aktyorlarının ifasında Xanımana Əlibəylinin "Gözəllər gözəli" tamaşası onlayn olaraq tədbir iştirakçılarına hədiyyə olundu.Tamaşanın sonunda II Qarabağ Vətən müharibəsində Gəncə terrorunda əziyyət çəkmiş uşaqlara aid rejissor Şamil Məmmədlinin qısametrajlı "Müharibə və uşaqlar" filmi nümayiş olundu.Hər kəsi çox təsirləndirən bu filmin məqsədi tarixi həqiqətlərimizi gələcək nəsillərə ötürməkdən ibarətdir.