25.05.2021
Azərbaycan Respublikası Prezidentinin 05.01.2021-ci il tarixli müvafiq saylı Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan olunmuşdur.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin təşəbbüsü və regional idarənin təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” və Nizami Gəncəvinin 880 iliyi yubileyi ilə bağlı 25 may 2021-ci il tarixində Nizami məqbərəsi ərazisində, Nizami Gəncəvi Muzeyində “Nizami yurdu – Gəncə” adlı tədbir zamanı Gəncə şəhərinin ziyalısı Vidadi Məmmədov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinə böyük məhəbbət hissi ilə onun adını daşıyan muzeyə üzərində “Nizami Gəncəvi portreti” olan xalça hədiyyə etmişdir.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, muzeyə xalça hədiyyə edən Nizamisevər, şəhər ziyalısı Vidadi Məmmədova öz səmimi təşəkkürünü bildirmişdir.