28.05.2021
Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı 28 May Respublika günü ilə əlaqədar "Çiçəklənən Respublikam" başlığı altında zoom proqramı vasitəsilə onlayn konfrans keçirtdi. Tədbirdə Gəncə şəhər Nadir Hüseynov adına 38 saylı tam orta məktəbin tarix müəlliməsi Təranə İbrahimova və həmin məktəbin 6-a sinif şagirdləri, Göygöl rayon Köşklü kənd tam orta məktəbin direktoru, tarixçi və "Fərəh" İctimai Birliyin qurucusu Eldəniz Səttarov, Gəncə şəhər Maarif evinin və İctimai Birliyin sədri İmamverdi Vəliyev, İctimai Birliyin üzvü Maarif Quliyev iştirak edirdi. Tədbiri 4 saylı kitabxana filialının böyük kitabxanaçısı Risalə Həsənova acıq elan etdi və tədbir iştirakçılarını 28 May Respublika Günü münasibətilə təbrik etdi. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli Respublika, ilk Demokratik hüquqi və dünyəvi olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı
38 saylı orta məktəbin tarix müəlliməsi Təranə İbrahimova iştirakçılara geniş məlumat verdi. Sonra iştirakçılar öz növbəsində Xalq Cümhuriyyətinin Gəncədəki fəaliyyəti, mədəniyyəti haqqında ətraflı məlumat verdilər. 38 saylı orta məktəbin şagirdləri Nəbiyeva Nurlana və Məmmədova Mədinə Xalq Cümhuriyyətinin 23 ay ərzində Azərbaycan tarixində imza atdığı ilklər haqqında məlumat verdilər.Tədbirin sonunda 38 saylı tam orta məktəbin 6-a sinif şagirdləri - Rüqayə Allahverdiyeva "Azərbaycana gəlsin" , Mədinə Məmmədova "Bayraq" , Fatimə Məmmədov a "Vətən eşqi", Nurlana Nəbiyeva "Canım qurban Azərbaycan" adlı şeirləri səsləndirdilər.