Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 May Respublika günü həsr olunmuş bayram konserti təqdim olundu.

28.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü, regional idarənin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində 28 May Respublika gününə həsr edilmiş konsert proqramı təqdim olundu.

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbinin “Şur” instrumental ansamblı maraqlı konsert proqramı ilə çıxış etdi.

Konsertdən əvvəl məktəbin direktoru Səadət Məmmədbəyova çıxış edərək, 28 May 1918-ci ildə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyindən danışdı və qeyd etdi ki 28 May Respublika günü xalqımızın ən əziz bayramlarından biridir.

Sonra, bu ilin may ayında Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində onlayn formada keçirilən Beynəlxalq “CRAND Music Festival” müsabiqəsində “Qran-Pri” Diplomuna layiq görülmüş Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbinin “Şur” instrumental ansamblı (bədii rəhbər Xəyal Qəhrəmanov) vətənpərvərlik mahnılarından ibarət konsert proqramı təqdim etdi.

Konsertdə məktəbin müəllimlərindən, respublikanın Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, Hüseyn Abbasov, Rüstəm Cəfərov, Rəhman Quliyev, Fuad Ramazanov, və “Caspian events qroup” sirkətinin “Celebrity Awards – 2021” layihəsinin “Peşəkar Mügənni” adına layiq görülmüş məktəbin müəllimi İslam Əlizadə çıxış etdilər.

Konsert, “Yaşa Azərbaycan” mahnısı ilə başa çatdı.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bayram tədbirinin bütün təşkilatçılarına öz minnətdarlığını bildirərək, Azərbaycan xalqını ölkə rəhbəri möhtərəm cənab İlham Əliyev başda olmaqla 28 May Respublika Günü münasibəti ilə təbrik etdi.

Sonra xatirə şəkli çəkildi.

Bayram tədbiri, mövcud karantin rejimi qaydalarına uyğun təşkil olundu.