28.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü, regional idarənin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində 28 May Respublika gününə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Gəncə Dövlət Dram Teatrının direktoru, Respublikanın Əməkdar Mədəniyyət işçısı Əli Qasımovun rəhbərliyi ilə teatrın aktyorları; Xalq artisti, səhnə ustası Pərvanə Qurbanovanın, Əməkdar artistlər: Ramiz Vəliyevin, Elxan Abbasovun, Kəmalə Məmmədovanın iştiraki ilə Respublika gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Ədəbi-bədii kompozisiya zamanı mövcud karatin rejimi qaydaları gözlənilmişdir.