Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şərqdə ilk demokratik Respublika” adlı video konfrans keçirilib

27.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri  28 May Respublika günü münasibətilə “Şərqdə ilk demokratik  Respublika” adlı onlayn video konfrans keçiriblər.

           Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sevda Əliyeva bildirib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı tarixi sübutdur.

           Avtomatlaşdırma şöbəsinin işçisi Pərvin Binnətova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixi əhəmiyyəti haqqında çıxış edib. 

           Qızılhacılı qəsəbə kitabxana filialının müdiri Tamaşa Aslanova Azərbaycan Xalq Cümhuriyyətinin fədailəri haqqında, Zeynəb Tağıyeva Cümhuriyyət dövründə ordu quruculuğu haqqında çıxış ediblər.

Sənəm Böyükkişiyeva Cümhuriyyət dövrünün şair və yazıçıları haqqında məlumat verib və Əhməd Cavadın "Bismillah" şeirini söyləyib.