27.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı şəhər kitabxana filialında Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar olaraq “Aşıq Ələsgərin saz, söz dünyası” adlı onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva açaraq Aşıq Ələsgərin həyat və yaradıcılığından danışdı.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət İşçisi, şair, publisist Bəxtiyar Muradov, Azərbaycan Dövlət Universitetinin Əməkdar müəllimi, filologiya elmləri namizədi Sakibə Əsgərova, 1 saylı şəhər kitabxanasının müdiri Şəbnəm İsmayılova, MKS-nin metodisti Nərgiz Qəmbərova, Əməkdar Mədəniyyət İşçisi Əhliman Allahverdiyev çıxış edərək bildirdilər ki, Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan olan Aşıq Ələsgər aşıq poeziyasını zənginliyi, həm məzmun, həm forma rəngarəngliyi, xalq dilindən istifadə baxımından ümumən türk şeirinə misilsiz xidmətlər göstərməsindən, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etməsindən və Azərbaycan ədəbiyyatında böyük iz qoymasından danışdılar.
Tədbirdə Uşaq İncəsənət məktəbinin saz müəllimi Oktay Musayev, aşıq Elburus Hüseynov, aşıq Seyfəli Məmmədov Aşıq Ələsgərin şeirlərinə yazılmış mahnılar ifa etdilər.
Mərkəzi Kitabxananın və kənd kitabxana filiallarının əməkdaşları iştirak edirdi.