Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

«Milli qürur günümüz 28 may» adlı rəsm sərgisi təşkil olunmuşdur

27.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy Dövlət Rəsm Qalereyası Gənclər və İdman parkında 28 may Respublika gününə həsr olunmuş «Milli qürur günümüz 28 may» adlı rəsm sərgisi təşkil edilmişdir.

Goranboy Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Abdullazadə sərgi barədə məlumat verərək bildirmişdir ki, Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzuların çiçək açdığı bir gündür. 1918-ci mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik dövlət yaradıldı. Azərbaycan Demokratik Respublikası 23 ay fəaliyyət göstərə bildi. 1991-ci ildə isə Sovet İmperiyası dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.