Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəmanlığın Mübariz İbrahimov Zirvəsi”

06.02.2018

06 fevral 2018-ci l tarixdə Goranboy rayon Mərkəzi Kitabxanada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş “Qəhrəmanlığın Mübariz İbrahimov Zirvəsi” dəyirmi masa keçirildi.

Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açdı. Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərkəzi Kitabxananın işçisi Günel Cəfərzadə Mübariz İbrahimovun həyat yolu haqqında geniş məlumat verdi. Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova çıxış edərək Mübariz İbrahimovu əsil mübarizlik simvolu adlandırdı. Gənclərin döyüş və qəhrəman ruhlu olduğunu qeyd edən Təzəgül Abbasova vətənpərvərlik tərbiyəsinin, gənclərin həyatında böyük rol oynadığını söylədi.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Yaqut Quliyeva çıxış edərək Mübariz İbrahimovun əsil qəhrəman xarakterli bir gənc olduğunu söylədi. Mərkəzi Kitabxananın işçiləri Qəmər Cəfərova, Raxşəndə Xəlilova, Nəzakət Talıbova Mübariz İbrahimov haqqında fikirlərini söylədilər.

2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nuray Axundovanın ifasında Mübariz İbrahimova həsr edilmiş şeir dinlənildi.

Milli qəhrəman Mübariz İbrahimov haqqında çəkilmiş filmin nümayişi və sərgiyə baxış oldu.