Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Aşıq Ələsgərin söz dünyası” adlı onlayn ədəbi-bədii gecə keçirilmişdir.

27.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxananın oxu  zalı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə zoom  proqramı vasitəsilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi , qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş  “Aşıq Ələsgərin söz  dünyası” adlı onlayn ədəbi-bədii gecə keçirilmişdir.

Tədbir Aşıq Ələsgərin zəngin poetik irisi, sənətkarın doğma təbiətə məhəbbəti , vətənpərvərlik hissləri aşılayan dərin koloritli  yaradıcılığı ilə tanış etmək məqsədi daşıyır.

Tədbirdə Filologiya  üzrə fəlsəfə doktoru , dosent Nailə Əskər, Türk xalq ozanı Aşıq Maksut Fəryadi, Azərbaycan  Yazıçılar Birliyi Gəncə bölməsinin sədri ,  Azərbaycan yazıçılar İttifaqının üzvü , şairə-dramaturq  Xəzangül Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradov, yazıçı-jurnalist, dramaturq, publisist Nüşabə Məmmədli, Sair Aləmzar Əlizadə, Aşıqlar birliyinin üzvü , Azərbaycan yazıçılar İttifaqının üzvü , Əməkdar mədəniyyət işçisi, Aşıq Ulduz, Güney Azərbaycan_ Təbriz  aşıqlar birliyinin sədri, Azərbaycan yazıçılar İttifaqının üzvü , Azərbaycan aşıqlar birliyinin  üzvü , Məhəmməd  İbadi, Azərbaycan yazıçılar İttifaqının üzvü , Prezident təqaüdçüsü, qızıl qələm mükafatçısı  şairə Cığatel İsaqı, Azərbaycan şairi, aşıq ədəbiyyatı araşdırmaçısı , yazıçı, Səxavət  İzzəti, müğənni Şahin İsmayılov , Cənubi Azərbaycan şairi, yazıçı, aparıcı. Cəlil Dərhəmcanlı (Taymaz  Miyanalı) ,İran  Yazıçılar  Birliyinin üzvü  ,Azərbaycan  Yazıçılar  Birliyinin üzvü, şair, yazar. Xosrov Barışan, Respublikanın  Əməkdar artisti  Kəmalə Məmmədova, aşıq  Aida Gülzar, .Kamal Aydın, saz ifaçısı Elçin Xaliqoğlu, Atif  Dönməz, Aşıq Rahib  kitabxananın onlayn tədbirinin izləyiciləri və kitabxana əməkdaşları iştirak edirdi.

Konfransı giriş sözü ilə kitabxananın oxu  zalının əməkdaşı Tərifə Abbasova açaraq qeyd etdi ki, Azərbaycan aşiq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edilir. Bununla bağlı 18 fevral 2021-ci il tarixində  Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzalamışdır. Bu sərəncam milli-mənəvi dəyərlərimizə verilən böyük qiymətin və dəstəyin ifadəsidir. Aşıq Ələsgərin xalq ruhuyla həmahəng əsərləri Azərbaycan  mədəni sərvətlər xəzinəsinə misilsiz  töhfələr bəxş etmişdir. Onun dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Tədbirdə ilk cıxış sözü Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradov Gəncə Regional Mədəniyyət İdarəsinin Rəisi Vasif Cənnətovun adından tədbir iştirakşılarını salamladı. O, Aşıq Ələsgər yaradıcılığının  zəngin bir xəzinə olmasından bəhs etmiş, sağlığında böyük nüfu  qazanmış qüdrətli sənətkarın yaradıcılığının bütün Türk dünyası üçün önəmli olduğu diqqətə çatdırmış və bu tip  tədbirlərin keçirilməsinin mühümlüyünü vurğulamışdır.

Tədbirdə Filologiya  üzrə fəlsəfə doktoru , dosent Nailə Əskər çıxışında qeyd etdi ki, aşıq poeziyasının ən uca zirvələrindən sayılan böyük ustadımız Aşıq Ələsgər XIX əsrin müdrik ozanı , korifey sənətkarı kimi tarixə düşmüşdür. Aşıq Ələsgərin ədəbi irsi aşıq yaradıcığının bütün janrlarına böyük təsir göstərmişdir. Aşıq şeirinin əksər janrlarında bir-birindən dəyərli əsərlər yaradan sənətkarın  zəngin irsi bu gün də öz  dəyərini qoruyub saxlayır. Tədbirdə aktyorlar Aşıq Ələsgərin şeirlərindən parçalar oxumuş,  müğənni və aşıqlar isə aşıq Ələsgərin sozlərinə bəstələnmiş  mahnılar ifa etmişlər.  Sonda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktor müavini Fəridə Qədimova tədbirin rəngarəngliyini, qonaq qismində tədbirdə yer alan Türkiyə və İran aşıqlarının iştirakını tədqirəlayiq hal kimi qiymətləndirərək bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.İştirakçılar da həmçinin tədbirin çox maraqlı keçməsini vurğulayıblar.