27.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı Respublika günü ilə əlaqədar “Tarixin ən şanlı və parlaq səhifəsi” adlı onlayn tədbir keçirdi. Tədbiri 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Mənzər Məlikova açaraq, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdiyindən, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildiyindən, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldüyündən danışdı.
Daha sonra sözü "Gəncə Maarif Evi" ictimai birliyinin sədri İmamverdi Vəliyevə, Köşkü kənd orta məktəbinin direktoru "Fərəh" ictimai birliyinin sədri, tarixçi Eldəniz Səttarova, İsrafil Məmmədov adına 27 saylı liseyin şagirdləri Məryəm Məmmədova, Gəncə Dövlət Universitetinin Tarix Coğrafiya fakültəsinin IV kurs tələbəsi, "Fərəh" ictimai birliyinin idarə heyətinin üzvü Elnur İsmayılova, Mehdi Mehdizadə adına xarici dillər təmayüllü 4 saylı məktəb-liseyin şagirdi Səbinə Tağıyeva verdi. Tədbir MKS-nin direktoru Elmira Əliyevanın sözləri ilə yekunlaşdı.