Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azadlığın mübarək, Azərbaycan!” adlı virtual bayram tədbiri keçirilib

26.05.2021

26 May 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi ilə birgə 28 May – Respublika günü münasibətilə “Azadlığın mübarək, Azərbaycan” adlı virtual bayram tədbiri keçirilmişdir.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

Onlayn görüşdə Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Qax rayonunda yazıb-yaradan şair Solmaz Elqızı, Samux rayon uşaq musiqi məktəblərinin rəhbərləri və müəllimləri, Samux rayon MKS-nin, mədəniyyət evləri və klubların kollektivləri, şöbənin fəal oxucuları, Bakı şəhər A.Muradov adına 84 №-li tam orta məktəbin 6-cı sinif şagirdi, gənc yazar Sadiq Nəbili iştirak etmişlər.

Tədbirdə qeyd olunub ki, 1918-ci il may ayının 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmişdir.  Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

Tədbirdə vurğulanıb ki, Azərbaycan 71 ildən sonra yenidən öz azadlığına qovuşub və ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Bu gün Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində ölkəmiz dünya birliyində özünə layiqli yer tutub.

Tədbirdə Resbuplika gününə həsr olunmuş şeirlər səsləndirilmişdir.