26.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 26 may 2021-ci il tarixdə 28 may Respublika gününə həsr olunmuş video konfrans keçirildi.
Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva açdı. O, qeyd etdi ki, 28 May Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Xalqımızın ən əziz bayramlarından biridir.
Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə baş məsləhətçisi Süleyman Əliyevə verildi. O, qeyd etdi ki, 28 may 1918-ci ildə Şərqdə və müsəlman aləmində ilk olaraq suverən, dünyəvi, parlamentli bir dövlət yaradıldı. 23 ay müddətində dövlət atributları, pul vahidi, bankı, sosial-iqtisadi inkişaf proqramı işlənib hazırlandı. Eyni zamanda Azərbaycan təhsilində də, mədəniyyətində də yeni sistem hazırlanmışdır. Lakin bolşevizmin, sosializm inqilabı adı altında öz çirkin əməllərini həyata keçirməsi nəticəsində Xalq Cümhuriyyətini süquta uğratdı. 70 ildən çox Sovetlər Birliyinin tərkibində yaşayan xalqımız nəhayət ki, 1991-ci ildə öz tarixi qələbəsini əldə etdi. Sonra isə bu qələbəni qoruyub saxlamaq üçün xalqın istəyi ilə Ulu Öndər Heydər Əliyev Moskva şəhərindən Azərbaycana dəvət olundu. Həmin dövrdən bəri müstəqil inkişaf yoluna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Tədbirdə kənd filial kollektivləri, Samux rayon uşaq musiqi məktəblərinin müəllimləri, rayon gəncləri, Naftalan şəhər musiqi məktəbinin müəllimləri və digər qonaqlar öz dəyərli fikirlərini bildirdilər