25.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sarıdaş kənd kitabxana filialında 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi ilə əlaqədar olaraq “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı onlayn tədbir keçirildi.
Tədbiri filialın kitabxanaçısı Hicran Həmidova açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışdı.
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva, Allıkənd kənd kitabxanasının müdiri Mahirə Həsənova, Goranboy rayon Ənvər Fərəcov adına Sarov kənd tam orta məktəbin direktoru Afət Quliyeva çıxış edərək yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirməsindən, Azərbaycanın ilk Parlamenti və Höküməti dövlət aparatı təşkil etməsindən, ölkənin sərhədlərinin müəyyənləşdirilməsindən, bayrağın, himnin və gerbin yaradılmasından, ana dilinin dövlət dilinin elan edilməsindən, ordu quruculuğu sahəsində ciddi tədbirlərin həyata keçirilməsindən, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsindən danışdılar.
Tədbirdə Kəlbəcər rayon 9 saylı tam orta məktəbin şagirdi Səkinə Xəlilli Xalq şairi Məmməd Arazın “Azərbaycan” şeirini söylədi.