21.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxananın Uşaq şöbəsi 20.05.2021-ci il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə onlayn kitab xülasəsi keçirtdi. Tədbiri şöbənin kitabxanaçısı Nərmin Qasımova açararaq bildirdi ki, Nizami Gəncəvi dünya ədəbiyyatının görkəmli nümayəndəsi Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir səlnaməsində yeni səhifələr açmış nadir şəxsiyyətlərdən biridir.Nəhəng sənətkarın xalqımızın mənəviyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsirlərdən bəri şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünə məxsuz layiqli yerini qoruyub saxlamışdı.Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət
mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradarıb,yaxın və orta şərq fəlsəfi-ictimai və bədii- estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Sonra dahi şairin "Fitnə", "Mahanın nağılı", "Nuşirəvan vəziri və bayquşların söhbəti," "Türküstan gözəlinin hekayəsi," "İsgəndər və çoban" hekayələrini xülasə etdi.
Sonda Gəncə MKS-nın direktor müavini Fəridə Qədimova tədbirin təşkili üçün öz minnətdarlığını bildirdi və qeyd etdiki Nizami Gəncəvi irsi hər zaman oxunmalıdır. Tədbirdə iştirak edən Gəncə şəhər 26 nömrəli məktəbin şagirdləri sonda şairin hikmətli kelamlarını söylədilər.