20.05.2021
20 may 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri Sabir Rüstəmxanlının 75 illiyi münasibətilə “Xalq şairi Sabir Rüstəmxanlı” adlı onlayn poeziya saatı keçirdilər.
Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq bildirdi ki, o, ilhamını dahi Məhəmməd Füzulinin, Nəsiminin, Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun, Şəhriyarın, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin yaradıcılığından alaraq vətənə, dilimizə, sözün qüdrətinə və sözə dəyər vermiş yeni Azərbaycan poeziyasının yaradıcılarındandır.
Sabir Rüstəmxanlı sözün düzünü deməyi, düşündüyünü dilinə gətirməyi bacaran şairdir.
Fond müdiri Gülnar Nəcəfova şairin həyat və yaradıcılığı haqqında danışdı.
Tədbirdə çıxış edən Ülviyyə Kazımova “Başlanğıc”, Sənəm Böyükkişiyeva “Millətəm”, Gülnar Nəcəfova “Sağ ol ana dilim”, Səadət İsmayılova “Tabut daşımaqdan”, Ulduz Nəsirova “Sənin gözlərinlə”, Esmira Məhərrəmova “Ələsgər ocağında” və fəal oxucumuz Səadət İsmayılova “Məndən salam söylə” və başqaları şairin şeirlərini söylədilər