Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mütaliə ən təsirli tərbiyə vasitəsidir” mövzusunda onlayn tədbir keçirilmişdir

20.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında “Mütaliə ən təsirli tərbiyə vasitəsidir” mövzusunda onlayn tədbir keçirildi.

Tədbiri Oxu zalının müdiri Mehriban Həbibullayeva açaraq mütaliənin həyatımızda, cəmiyyətdə insanın sahib olduğu məlumatların yarıdan çoxunu oxumaqla əldə etməsindən danışdı.

Tədbirdə Kəlbəcər rayon 9 saylı tam orta məktəbin müəllimi Yasəmən Mamedova, uzun müddət kitabxanada işləmiş, oxucu Həqiqət Ələkbərova, Uşaq şöbəsinin müdiri Günel Qasımova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin kitaba, kitabxanaya bir elm məbədi, bilik, xəzinə kimi dəyər verməsindən, mütaliənin insan zəkasının inkişafından mühüm rola malik olmasından danışdılar.

Tədbirdə fəal oxucu Nahidə İsamyılzadə Xalq şairi Bəxtiyar Vahabzadənin “Kitab” şeirini söylədi. Oxuculardan  Mehparə Ağayeva, Humay Bəşirova, Aysel Əliyeva və başqaları iştirak edirdi