20.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində “İnsan alverinə qarşı mübarizə” adlı video konfrans keçirildi.
Tədbirdə Mədəniyyət Mərkəzinin kənd filialları işçiləri iştirak edirdi.
Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva açdı. O, cəmiyyətimizdə insanların şəxsiyyətinin alçaldılması, təhqir olunması, məcburi əməyin istismar olunması ən böyük təhlükəli bir hal olması və ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışdı.
Daha sonra söz digər iştirakçılara verildi. Tədbir zamanı insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökümət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının ən önəmli məsələ olduğu xüsusi vurğulandı və insan alverinin vətəndaş hüquqlarının pozulması, şəxsiyyətə qarşı cinayət olduğunu və onlara qarşı mübarizə tədbirlərindən söz açıldı.