20.05.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı Koronavirusa qarşı mübarizə ilə əlaqədar “Əsrin bəlası” mövzusunda həkim-pulmonoloq Eldar Zeynalovla görüş keçirdi. Tədbiri 1 saylı filialın böyük kitabanaçısı Mənzər Məlikova açaraq koronavirus pandemiyası, pandemiyanın həyatımıza təsiri, dövlətimizin gördüyü tədbirləri, səhiyyə sistemimizi və qonaq Eldar Zeynalov haqqında məlumat verərək başladı. Daha sonra Eldar Zeynalov koronavirusun problemləri, peyvəndlənmə, fəsadları, risk faktorları, risk qrupu əhalini, müalicə üsulunu, və s. haqqında geniş məlumat verdi. Tədbirin gedişində tədbir iştirakçıları həkimə öz suallarını yönləndirdilər. Tədbiri 1 saylı kitabxana filialının müdiri Züleyxa Məlikova tədbirlə bağlı fikirlərini bildirərək yekunlaşdırdı.