Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvinin ölməz irsinin öyrənilməsi” başlıqlı onlayn ədəbi-bədii gecə keçirildi

19.05.2021

Gəncə Regional mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanın Oxu zalı Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvinin ölməz irsinin öyrənilməsi” başlıqlı onlayn ədəbi-bədii gecə keçirtdi.

Tədbiri oxu zalının böyük kitabxanaçısı Əfsanə bağırova açaraq bildirdi ki, Nizami Gəncəvi Yaxın Şərq xalqları mədəniyyətinin inkişafı tarixində müstəsna rolu olan ölməz sənətkardır və qeyd etdi ki, kitabxana dahi sənətkara həsr olunmuş silsilə tədbir keçirir. Bu günkü tədbir isə ölməz sənətkarların irsinin öyrənilməsinə həsr olunub.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar mədəniyyət işçisi , şair publisist Bəxtiyar Muradov,Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, “Nizaminin hikmət və nəsihətlərini, kəlam və nəsihətlərini toplayaraq tərtib edən Əsgər Məmmədov, Gəncə Dövlət Universitetinin tələbələri, Gəncə Maarif evinin rəhbəri İmamverdi Vəliyev çıxış edərək böyük şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında parlaq mərhələ olmasını qeyd etdilər, dahi şairin öz əsərləri ilə Şərq ictimai bədii fikrində yeni bir səhifə açmış, bədii yaradıcılığa əsirlər boyu məhəbbətlə özlənilən bu gündə həyati əhəmiyyətini itirməyən ənənələrindən danışdılar. Azərbaycan Respublikasının əməkdar artisti Kəmalə Tağızadə Nizami Gəncəvinin qəzəllərindən ibarət musiqi səsləndirmiş. , 4-li musiqi məktəbinin xor müəllimi Gəncə Dövlət Universitetinin dissertanti Aynur Şıxıyeva çıxış etmişdir.

Tədbirin bədii hissəsində Gəncə Dövlət Universitetinin tələbələri Nizami Gəncəvinin qəzəllərini səsləndirdi, Gəncə şəhər 4 saylı Uşaq Musiqi məktəbinin şagirdləri, 10 may 2021-ci il məktəblər arası musiqi festivalında I yerin qalibi Eldən İsgəndərov, Sübhan İsmayılov Nizami Gəncəvinin qəzəllərindən ibarət muğam ifa etdilər.

Sonda Gəncə MKS-nin direktor müavini Fəridə Qədimova tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi və qeyd etdi ki, Nizami Gəncəvi ilə bağlı tədbirlər il ərzində silsilə olaraq keçiriləcək.