Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncənin muzeylərini tanıyaq” adlı Zoom proqramı vasitəsilə onlayn ekskursiya keçirilib

18.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 17.05.2021-ci il tarixində 18 may Beynəlxalq muzeylər günü münasibətilə “Gəncənin muzeylərini tanıyaq” adlı Zoom proqramı vasitəsilə onlayn ekskursiya keçirdi. Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq Gəncənin muzeyləri haqqında qısa məlumat verdi. Daha sonra çıxış üçün söz Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəz edicisi İlknur İsgəndərovaya verildi. O, Heydər Əliyev Mərkəzi haqqında geniş məlumat verdi Və Mərkəzin bələdcisi Könül Süleymanova Mərkəzi onlayn ekskursiya etdi. Könül Süleymanova virtual ekskursiya zamanı şagirdləri Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu və çox şaxəli fəaliyyətini əks etdirən xatirə muzeyi haqqında geniş məlumat verdi.. həmçinin, Milli Mədəni sərvətlərimizi qoruyub gələcək nəsilə çatdırılması sahəsində muzeylərin rolunu layiqincə qiymətləndirən və yeni-yeni  muzeylərin yaradılmasının təşəbbüskarı olan Ulu Öndər Heydər Əliyevin qərarları haqqında ətraflı məlumat verdi. Həmçinin Ulu Öndərin uşaqlıq və gənclik illərini əks etdirən fotostendlə tanış etdi. Daha sonra Ulu Öndər Heydər Əliyevin kommunist partiyası mərkəzi komitənin birinci katibi olduğu dövrdə Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıdan, misilsiz xidmətlərdən bəhs edildi.

Tədbirdə kitabxananın virtual oxucuları Laçın rayon Nərmaniya kənd məktəbinin 8-ci sinif şagirdi Məhəmməd Sultanov, Çaylı kənd məktəbinin 7-ci sinif şagirdi Sevil Şahvələdova və Gəncə şəhər 20 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Şəhanə Əsgərova ekskursiyanı çox böyük maraqla izlədiklərini bildirdilər. həmçinin xoş diləklərini çatdırdılar. Belə onlayn səyahətlərin tez-tez keçirilməsini xahiş etdilər. Və qərara alındı ki, Gəncənin muzeylərinə onlayn səyahətlər mütəmadi olaraq davam etdiriləcək. Hər ay Gəncənin bir muzeyinə virtual olaraq səyahət edib Gəncəyə gələ bilməyən rayon və kənd məktəblərinin şagirdlərini Gəncədə olan  muzeylərlə onlayn tanış edəcəklər. Tədbirə Laçın rayon Nərmaniyə kənd orta məktəbinin7-ci sinif şagirdləri və Gəncə şəhər 20 nömrəli orta məktəbin şagirdləri iştirak etdilər.