Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“18 May Beynəlxalq Muzeylər günü”-nə həsr olunmuş tədbir keçirilmişdir

18.05.2021

18 may 2021-ci il tarixdə "18 may Beynəlxalq muzeylər günü" münasibətilə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzinin və Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə təzə-tər güllər düzmüşlər. Sonra Mərkəzin bələdçisi Mətanət Hüseynova Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar haqqında geniş məlumat vermişdir.

O, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyi dövlət qayğısının bu gün ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevin və respublikamızın birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən danışmışlar.