01.02.2018
01. 02.2018 - ci il tarixdə Gəncə şəhər MKS - nin 7 saylı kitabxana filialı Bülbül adına 3saylı musiqi məktəbi ilə birlikdə 2 fevral - Gənclər Gününə həsr olunmuş “Gənclik ömrün qızıl çağı” adlı ədəbi – bədii gecə keçirtdi. Gecəni kitabxananın müdiri Natella Hacıyeva açaraq qeyd etdi ki, bu bayram Müstəqil Azərbaycan Respublikası gənclərinin bayramıdır və bayram münasibətilə Azərbaycan gənclərini təbrik etdi. Sonra söz musiqi məktəbinin müəllim kollektivinə verildi. Onlar da öz çıxışlarında qeyd etdilər ki, bizim bu günkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını, vətənini sevən gənclikdir və gənclərimizin sevimlisi olan prezident İlham Əliyevin gənclərimizə göstərdiyi böyük qayğidan söz açdılar .Gecə musiqi məktəbinin müəllim və şagird kollektivinin hazırladıği konsert proqramı ilə davam etdi. Azərbaycanin müstəqilliyinə, milli qəhrəmanlara , gəncliyə və s.həsr olunmuş şeirlər, mahnılar, rəqs kollektivinin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.