18.05.2021
18 may 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 18 may Beynəlxalq Muzeylər günü münasibətilə "Tarixi keçmişimizi yaşadan muzeylər" mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva əvvəlcə muzey işçilərini bu gün münasibətilə təbrik etdi və işlərində uğurlar arzuladı. O, çıxışında bildirdi ki, Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Ümummilli Lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi Ulduz Bağırova muzeylər haqqında geniş və ətraflı məlumat verib.