Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Samux rayon Mədəniyyət Mərkəzinin Şəhər Mədəniyyət evində dəyirmi masa keçirilmişdir

18.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin Şəhər Mədəniyyət evində Laçın rayonunun işğalı və azad olunması ilə əlaqədar 17 may 2021-ci il tarixdə​ məsafəli dəyirmi masa söhbəti keçirilmişdir. Tədbirdə Samux şəhər Bələdiyyəsinin üzvü Toğrul Coqiyev, MKS-nin Şəhər kitabxana filialının işçiləri,​ AzTelekomun Şəhər Filialının​ əməkdaşı Əlövsət Orucov,Şəhər sakini Fai Məmmədov və Müzakir Həsənov, Şəhər Mədəniyyət evinin əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Şəhər Mədəniyyət evinin müdiri Arif Məmişov açmışdır. O, çıxış edərək Laçın rayonu haqında geniş məlumat vermişdir. Samux Şəhər bələdiyyəsinin üzvü Toğrul Coqiyev Laçın rayonunun 1992-ci il may ayının 17-də işğal edildikdən 28 il sonra, nəhayət 1 dekabr 2020-ci il tarixdə müzəffər ordumuzun tam nəzarətinə keçməsindən və yaxın vaxtlarda laçınlıların öz dədə-baba torpaqlarına qayıdacağından söz açmışdır.